Ermənistanda dövlət idarəetmə sisteminin əməkdaşları, o cümlədən, yüksək səviyyəli rəhbər nümayəndələrinin arasında son illər iş vaxtı sosial şəbəkələrdə boşboğazlıqla məşğul olmaq vərdişi kök salıb.
Arannews- Ermənistanın dövlət müəssisələrinin əməkdaşlarına iş vaxtı sosial şəbəkələrə girmək qağandır.
Bu barədə yerli "Joqovurd" qəzetindən bildirilib.
Qəzet qeyd edir ki, dövlət idarəetmə sisteminin əməkdaşları, o cümlədən, yüksək səviyyəli rəhbər nümayəndələrinin arasında son illər iş vaxtı sosial şəbəkələrdə boşboğazlıqla məşğul olmaq vərdişi kök salıb.
"Artıq iki gündür ki, bütün dövlət müəssisələrinin əməkdaşlarına iş saatlarında 9.00-dan 18.00-dək sosial şəbəkələrdə ünsiyyətdə olmaq qadağan edilib. Bu saatlarda yalnız mətbuat xidmətlərinin əməkdaşlarına sosial şəbəkələrdən istifadə etməyə icazə verilir, çünki bu fəaliyyət onların vəzifə borclarının bir hissəsidir" - deyə, məqalədə bildirilir.