Buna misal olaraq PKK-nın heç vaxt İran tərəfdən Türkiyəyə hücum etmədiyi və Gələcəkdə belə hücumlarımn olmayacağıdır.
Arannews- İran İslam inqilabının ali lideri Ayətullah Xamaneyinin Ərdəbil təmsilçisi Ayətullah Ameli tarixçi professor İlber Ortaylının da, arasında olduğu jurnalist heyətini qəbul edib.İran İslam inqilabının ali lideri Ayətullah Xamaneyinin Ərdəbil təmsilçisi Ayətullah Ameli bu görüşdə F. Güləni çox yaxşı tanıdığını vurğulayıb.
Professor İlber Ortaylı Şah İsmayıl Xətainin babasının türbəsini ziyarət etdiyini və oranın savadlı akademiklər tərəfindən orjinalına uyğun restavrasiya edilməsinin göz qamaşdırdığını bildirib.
Buna cavab olaraq Ayetullah Ameli bildirib: "Sultan Səlim və Şah İsmayıl dövlətlərini avropalıların oyunu ilə bir-birləri ilə savaşıb güclərini itirdilər. Halbuki döyüşmək yerinə iki dovlət birləşsəydi dünyaya ağalıq edərdilər. Şah İsmayıl bu oyuna mane olmaq üçün çox məktub göndərdi. Şah İsmayıl döyüşmək yerinə vahid bir mədəniyyət yaratmaq istəyirdi. Təəssüf ki, Sultan Səlim bunu ciddi qəbul etmədi və müharibə etməli oldular. Hamımıza heyf oldu. iki dovlət birləşsəydi böyük dövlət qurardılar və dünya bu gün belə olmazdı."
Ayetullah Ameli həmçinin bildirib ki, Türkiyə nə vaxt çətinliyə düşsə İran onun yanında olub. Buna misal olaraq o PKK-nın heç vaxt İran tərəfdən Türkiyəyə hücum etmədiyini deyib. Gələcəkdə belə hücumlarımn olmayacağını bildirib, çünki İran hökumətinin buna izn verməyəcəyini vurğulayıb.
Söhbət zamanı bir sual əsnasında Fetö da müzakirə olunub. Ayetullah Ameli F. Güləni çoxdan tanıdığını qeyd edib. Daha sonra sözlərinə "Fətullah Gülən cənnətə girsə mən ora ayaq basmaram" -deyə əlavə edib.