İran Xarici İşlər Nazirliyinin sözçüsü: "Qarabağda ilk ciddi atəşkəsin bərqərar olmasını təmin etdik. Bu böyük uğur idi, lakin bəzi ölkələrin təxribatı nəticəsində bu atəşkəs davamlı olmadı”.
Arannews- "Qarabağ münaqişəsinin həlli məsələsində heç bir ölkə İran kimi müsbət rol oynaya bilməz”. Bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasimi deyib.
O bildirib ki, İran SSRİ dağıldıqdan sonra Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçilik sahəsində önəmli və əsaslı rol oynayıb. “Qarabağda ilk ciddi atəşkəsin bərqərar olmasını təmin etdik. Bu böyük uğur idi, lakin bəzi səbəblərdən və bəzi ölkələrin təxribatı nəticəsində bu atəşkəs davamlı olmadı”.
B. Qasımi deyib ki, Ümid edirəm ki, regionun təhlükəsizliyi üçün təhdid ola biləcək bu problem tezliklə ədalətli formada öz həllini tapacaq”.