Sionist İsrail rejimi qüvvələri oktyabrın 23-də Əl-Əqsa məscidinin şərq istiqamətindəki divarlarına bitişik Babur-Rahmə qəbiristanlığına basqın edib.
“AranNews”, Deyerler.org-yə istinadən xəbər verir ki, Qüds mənbələri sionist İsrail rejiminin Tarixi Abidələr idarəsi rəsmilərilə birlikdə qəbiristanlığa basqın təşkil etdiyini, bəzi məzarları açdıqlarını və dağıtdıqlarını deyib.
Hadisəyə etiraz edən fələstinlilər sionistlərin Əl-Əqsa məscidinə girmələrinə mane olmağa çalışıblar.
Sionist İsrail rejiminin polisi basqın zamanı Əl-Əqsa məscidinin xidmətçilərindən Samid Asileni qısa müddətlik nəzarətə götürdükdən sonra, azadlığa buraxıblar.
Sionist İsrail qüvvələrinin son dövrlərdə Qüdsdə müsəlmanlara aid qəbiristanlıqlara və xüsusilə də Məmənullah qəbiristanlığına qarşı təşkil etdikləri basqınların intensivləşdiyi qeyd olunub.
Yüzlərlə sionist, həmçinin dünən sionistlərin bayramını bəhanə edərək, məscid həyətində rəqs edib məscidin müqəddəsliyinə xələl gətirmək istəyiblər. Ancaq onların bu təhqir xarakterli təşəbbüsləri fələstinli müsəlmanların etirazı ilə sona çatıb.