Səudiyyə rejimi Yəmənə qarşı təcavüzkar hücumlarında qadağan olunmuş kasset bombalarından istifadə etməyə davam edir.
“AranNews”, Əl-Məsirə-yə istinadən xəbər verir ki, Səudiyyə rejiminə məxsus döyüş təyyarələri Saada əyalətinin Bakimə rayonun qarş təşkil etdiyi hava hücumunda qadağan olunmuş kasset bombalarından istifadə edib. Hücum zamanı aralarında uşaqların da olduğu 6 nəfər həlak olub.
Təcavüzkar hava hücumları paytaxt Sənanın Nihm, Naqim və Hava rayonlarındakı yaşayış məntəqələrinə və Hudeyda liman şəhərindəki təmiz su anbarına qarşı da təşkil olunub.
Hücumlar Taizz və Həccah əyalətlərində də davam etdirilib.