Tarix : 2016 Oct 25
Kod 50534

Foreign Policy: "ABŞ Konqresində Əsədə sui-qəsd təşkil olunması təklif olundu"

ABŞ Konqresində Xarici Əlaqələr Şurasının mətbuata qapalı keçirdiyi iclasında çıxış edən rəsmilərdən biri Suriya prezidentinin öldürülməsini, təklif edib.
ABŞ Konqresində Xarici Əlaqələr Şurasının mətbuata qapalı keçirdiyi iclasında çıxış edən rəsmilərdən biri Suriya böhranını prezident Bəşər Əsədi öldürərək, həll etməyi təklif edib.
AranNews” xəbər verir ki, toplantıda iştirak etdiyi bildirilən mənbə Foreign Policy-ə açıqlamasında belə danışıb. "Əsədə sui-qəsd təşkil etməyə necə baxırsınız?" sualı sabiq Ağ Evin Yaxın Şərq koordinatoru Filip Gordona verilmişdir. Mənbə Qordonun təklifi qəbul etmədiyini qeyd edib. Bunun qanuna zidd olduğunu və heç bir dəyişikliyə səbəb olmayacağını və Rusiya və İranın Suriyadakı maraqlarının aktuallığını qoruyacağını qeyd edib. ABŞ Nümayəndələr Palatasından bir mənbə isə "Əsəd hər hansı bir səbəbdən ölsə və ya qətlə yetirilsə də, böhranın özündə köklü bir dəyişiklik baş verməz" fikrini səsləndirib. ABŞ Konqresində toplantının keçən həftə keçirildiyi qeyd olunsa da, təklifi verən şəxslərin kim olması bildirilməyib.
  • Yazılıb
  • da (də) 2016 Oct 25
  • Göndərən مدير سايت Aran News