Tarix : 2016 Oct 25
Kod 50537

Akif Nağı Minsk qrupunu sərt tənqid edib

QAT sədri Minsk Qrupunun Dağlıq Qarabağ münaqişəsi qarşısında zəif və nəticəsiz mövqeyini tənqid edib.
Arannews- Qarabağ Azadlıq Təşkilatı QAT sədri Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı ATƏT-in Minsk Qrupunun Dağlıq Qarabağ münaqişəsi qarşısında zəif və nəticəsiz mövqeyi və funksiyasını tənqid edib.
Akif Nağı Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlikn son açıqlamasına reaksiyada onun sözlərini qeyri-ciddi və mənasız adlandırıb.
Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik son vaxtlar öz Twitter səhifəsində yazıb: İşğal olunmuş ərazilər Azərbaycan Respublikasının nəzarətinə qaytarılmalıdır.
Ceyms Uorlik həmçinin yazıb: Qarabağ münaqişəsinin həllində önəmli məsələlərdən biri müharibə didərginlərinin vəziyyətinin müəyyənləşməsi, Qarabağ sakinlərinin öz ev-eşiklərinə qaytımaları və sülhməramlıların bu bölgələrə ezam olunmasıdır.
Akif Nağı Amerikanın bir məsələni nəzərə alaraq bu sözləri irəli sürdüyünü bəyan edərək bildirib: İşğal olunmuş ərazilər tam şəkildə azad olunmalı və Azərbaycan Respublikasına qaytarılmalıdır.


  • Yazılıb
  • da (də) 2016 Oct 25
  • Göndərən مدير سايت Aran News