geriləməyə mürəkkəb beynəlxalq iqtisadi-maliyyə prosesləri, Azərbaycanın fəal ticarətdə olduğu ölkələrdə milli valyutaların ucuzlaşması kimi faktorlar təsir edib.
Arannews- Azərbaycan hökuməti 2016-cı ildə iqtisadi artımla bağlı proqnozlarını köklü surətdə dəyişib.
hökumət 2016-cı ildə 1, 8 faiz iqtisadi artım proqnozlaşdırdığı halda sonradan bu proqnozu dəyişərək 2, 8 faiz iqtisadi geriləmə olacağını rəsmən təsdiq edib.
Azərbaycan hökumətinin bundan əvvəlki nikbin proqnozlarını ciddi beynəlxalq maliyyə təsisatları onsuz da bölüşürmürdülər və əksinə 3, 9 faiz geriləmə proqnozlaşdırırdılar.
Azərbaycan İqtisadiyyat Nazirliyi bildirib ki, geriləməyə mürəkkəb beynəlxalq iqtisadi-maliyyə prosesləri, Azərbaycanın fəal ticarətdə olduğu ölkələrdə milli valyutaların ucuzlaşması kimi faktorlar təsir edib.
Nazirlik izah edib ki, 1, 8 faiz artım proqnozu 2015-ci ilkdə Beynəlxalq Valyuta Fondu (BVF) neftin qiymətini bir barrel üçün 64 dollar olaraq proqnozlaşdıranda verilmişdi.
neft və qaz gəlirləri Azərbaycanın büdcə gəlirinin 75 faizini və ÜDM-in 45 faizini təşkil edir: «Təbiidir ki, belə şəraitdə neft qiymətlərinin düşməsi Azərbaycan iqtisadiyyatına ağır zərbə vurmalı idi»-deyə agentlik bildirir.
Bu prosesə cavab olaraq Azərbaycan bu ilin büdcəsində neftin qiymətini bir barrel üçün 25 dollardan götürüb və manatı tənzimlənən üzən məzənnəyə buraxıb.
BVF bu il Azərbaycanda ÜDM-in 2, 4 faiz azalacağını proqnozlaşdırıb, Avropa İnkişaf və Yenidənqurma Bankının proqnozu isə mənfi 3 faizdir.