Ata Airlines aviaşirkəti 2017-ci idən Bakıya daha iki şəhərdən - İsfahan və Şirazdan birbaşa uçuşlara başlamaq niyyətindədir.
Arannews- İranın “Ata Airlines” aviaşirkəti 2017-ci ilin yanvar ayının sonundan etibarən Bakıya daha iki şəhərdən - İsfahan və Şirazdan birbaşa uçuşlara başlamaq niyyətindədir.“Ata Airlines”dən verilən məlumata görə, həftədə iki dəfə reallaşacaq reyslərə biletlərin qiyməti hələ təyin edilməyib:
“Biletlərin qiyməti gələn il müəyyənləşdiriləcək. İranın Şiraz şəhərinə bu il iyunun 10-dan turpaket çərçivəsində həftədə bir dəfə uçuşlar həyata keçirilirdi. İsfahan istiqamətində Bakıdan uçuşlar isə olmayıb. Amma gələn ildən aviaşirkətimiz hər iki marşrut üzrə müntəzəm reyslərə start verəcək”.
Qeyd edək ki, aviaşirkət təyin edilən reyslər üzrə uçuşları “Airbus A320” təyyarələri ilə reallaşdıracaq.