Bunu BMT-nin Əhali Fondu və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin apardığı sorğunun nəticələri göstərir.
Arannews- "Azərbaycanda 15 yaşından sonra qadınların 24 faizi müxtəlif formada zorakılığa məruz qalır. Bunu BMT-nin Əhali Fondu və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin apardığı sorğunun nəticələri göstərir".
bunu BMT-nin Azərbaycandakı rezident əlaqələndircisi və BMT-nin inkişaf proqramının (BMTİO) rezident nümayəndəsi Qulam İsakzai deyib.
Onun sözlərinə görə, hər gün xeyli sayda qadının hüququ tapdalanır və zorlama halları olur: "Azərbaycanda bu hal regiondan regiona dəyişir. Bu göstərici əsas da məcburi köçkün və qaçqınlar arasında daha yüksəkdir və rəqəm 26 faiz həcmindədir. Çünki bu təbəqə bütövlükdə zorakılığa məruz qalıb. Onların arasında gender əsaslı zorakılıq halı daha yüksəkdir. Statistik göstəricilər kifayət qədər ciddi narahatlıq yaradır. Ona görə də bu sahədə görülən işləri daha da gücləndirmək lazımdır".
Qulam İsakzai bildirib ki, gender əsaslı zorakılıq insan hüquqlarının çox kobud pozulması halıdır: " Buna qarşı mübarizə aparmalıyıq. Ona görə də bu məsələyə ardıcıl və hərtərəfli yanaşmaq vacibdir. Biz yalnız insanları məlumatlandırmalı deyil, eləcə də siyasəti formalaşdıran şəxslərlə, media, hüquq-mühafizə orqanlarının nümayəndələri ilə sıx əməkdaşlıq etməliyik. Azərbyacanda zorakılığın qarşısını almaqda yaranan əsas çatışmazlıqlardan biri mövcud qanunverciliyin kifayət qədər icra edilməməsi və günahkarların cəzasız qalmasıdır".