Suriya böhranı SSRİ-nin parçalanmasından sonra Rusiyanın ilk dəfə olaraq öz sərhədlərindən qıraqda hərbi qüvvədən istifadə etməsi üçün şərait yaratmışdır.
Suriya böhranı SSRİ-nin parçalanmasından sonra Rusiyanın ilk dəfə olaraq öz sərhədlərindən qıraqda hərbi qüvvədən istifadə etməsi üçün şərait yaratmışdır.
"AranNews"– Suriya böhranından beş il ötür. Bu böhran indi hər zamandan daha artıq beynəlxalq müstəvidə genişlənmiş, daha da mürəkkəbləşmiş, regional və beynəlxalq balansları artırmışdır. Hazırda Suriya böhranının əhəmiyyəti regional və beynəlxalq səviyyədə bütün oyunçuların diqqətini özünə çəkmiş və onları bu münaqişəyə qoşmuşdur. Rusiya regional və beynəlxaq səviyyədə ən güclü və təsirli oyuunçulardan biri olaraq digər oyunçularla birlikdə Suriya böhranına qoşulmuşdur və bütün gücü ilə Suriyanın hazırkı dövlətini müdafiə edir.
Rusiya əsas xarici güc kimi 4 il Suriya böhranına birbaşa müdaxilə etmədi. 2015-ci ilin sentyabrında və Suriya dövlətinin rəsmi istəyi ilə bu ölkədə hərbi əməliyyatlara start verdi. Bu hərbi əməliyyatlar Rusiyanın Yaxın Şərqdə ilk hərbi əməliyyatları sayılır. Beynəlxalq səviyyədə güc balansını öz xeyrinə qorumaq məqsədilə Əsəd dövlətini saxlamaq, onun daxili və xarici müxaliflərinin qarşısında dayanmaq lazım idi. Rusiyanın və Vladimr Putinin şəxsən özünün xarici siyasətdə müdriklik göstərməsi, Suriya dövlətinin istəyinə müsbət cavab verməsi, Əsədin digər regional tərəfdarları ilə birlikdə çiyin-çiyinə terrorçu qruplarla mübariz etməsi idi.
Rusiyanın Suriyada iştikarının keyfiyyət və kəmiyyətinə, Putinin Bəşər Əsəd dövlətini bərk dəstəkləməsinə diqqət etməklə bir daha belə bir sual yaranır ki, Rusiyanın Suriyanı himayə etməsini hansı dəyişikliklər və amillər çərçivəsində dəyərləndirib tanımaq olar? Başqa sözlə, Moskvanın Dəməşqi dəstəkləməsi, hətta bu ölkəni ağır xərclər bahasına hərbi əməliyyatlara vadar etməsi hansı praqmatik və teorik təməllər əsasındadır? Görəsən, Moskvanın Dəməşqi hərtərəfli himayə etməsi Putinin xarici siyasət sahəsinə yanaşmasından qaynaqlanır və milli maraqlar sahəsində şəxsi nəticələrə söykənir, ya bu mövzu Rusiyanın xarici siyasətində öncədən təyin edilmiş prinsiplər əsasındadır və Putin dövlətindən ayrı hər hansı bir dövlət Rusiyada hakimiyyətə gəlsəydi, Suriya hadisələri qarşısında həmin siyasəti seçəcəkdi?
Qeyd olunan suallara əsaslı və fundamental bir cavab tapmaq o qədər də çətin deyil. Bu şərtlə ki, onun teorik təməlini araşdıraq. Vurğulamaq lazımdır ki, Suriya böhranı hələ də Kremlin xarici siyasətdəki məqsədlərinin irəliləməsində və Rusiyanın 2020-ci ilədək milli təhlükəsizliyinin doktirinasında özünə mühüm yer tutur. Başqa sözlə, Moskvanın Suriya böhranında iştirakının kəmiyyət və keyfiyyəti Rusiyanın 2020-ci ilədək olan milli təhlükəsizlik doktirinasının təməlləri (bu ölkənin beynəlxalq və regional məsələlərə real baxışı) əsasında nəzərdə tutulmuşdur. Ona görə də Putindən başqa hər kim hakimiyyət başında olsaydı Rusiyanın bu siyasətini həyata keçirməli idi. Xarici siyasət mövzularına hərtərəfli və tamam real və praqmatik yanaşma mövqei tutan Putinin özü bu müddət ərzində ölkəsinin 2020-ci il milli təhlükəsizlik doktirinasının gerçəkləşməsi üçün böyük addımlar ata bilmiş və öncədən nəzərdə tutulmuş doktirinanın məqsədlərini irəli aparmaqda çoxlu uğurlar qazanmışdır.
Qeyd edək ki, Rusiyanın milli təhlükəsizlik siyasət və doktirinası geniş bir sənəd olaraq təhlükəsizlik sahəsində bütün baxış və aspektləri özündə toplayır. Bu tərif əsasında Rusiyada milli təhlükəsizlik və doktirina məfhumu Rusiyanın milli təhlükəsizliyinə və doktirinasına aid olan ən önəmli formullara və dövlət prinsiplərinə şamil olur.
Rusiyanın Suriya böhranında iştirakının bu ölkənin milli təhlükəsizlik doktirinası ilə necə ilgili olmasını daha yaxşı və ətraflı başa düşmək üçün Rusiyanın milli təhlükəsizlik sənədinə qısa işarə etmək lazımıdır. Sovetlər Birliyinin parçalanması bu dünya super-gücü üçün mənfi təsirlər qoymaqdan əlavə, Rusiya üçün iki əsas və qabarıq nəticəni öz ardınca gətirdi. Birincisi SSRİ-nin əhatə etdiyi gücün zəifləməsi, ikincisi Rusiyanın ətrafında geosiyasi, strateji və təhlükəsizlik durumunun dəyişməsi. Hər iki məsələni eyni zamanda bir-birinə həm səbəb, həm də nəticə adlandırmaq olar.
Ona görə də SSRİ-nin parçalanmasından sonra ilk aylarda öz ətrafında gücünün zəifləməsi, əmniyyətsizlik, qeyri-sabitliklə üzləşmiş Rusiya beynəlxalq səviyyədə təsirli və müstəqil güc kimi yenidən meydana qədəm qoymağa, dünya hadisələri, xüsusilə də Şərqi Avropa, Orta Asiya və Qafqazda əsaslı rol oynamağa cəhd etdi. Sözügedən məqsədlərin gerçəkləşəməsi üçün hər şeydən öncə xarici təhdidlər qarşısında öz ətrafında toxunulmazlıq yaratmaq lazım idi. Qeyd olunan məqsədlərin hamısını “keçmiş əzəmətin bərpası” adlandırmaq olar. Bu məqsəd uğrunda Kreml başçıları 1991-ci ildən başlayaraq Rusiyanın hərbi və təhlükəsizlik doktirinasını hazırladı. Kreml indiyə kimi 1993, 2000 və 2010-cu illərdə üç doktirina sənədi hazırlamış və təsdiq etmişdir. Hal-hazırkı 2020-ci il doktirinası isə 2010-cu ilin fevral ayında hazırlanmış və nəşr edilmişdir. Sözügedən doktirina Rusiyanın nüfuz dairəsində anti-qərb yanaşma, qərb və Amerikanın hegemonluğu ilə mübarizə, Rusiyanın xarici siyasətində yeni fəsil və istiqamətləri nəzərdə tutur.
Rusiyanın xarici siyasəti dünyada realizm məktəbinin ən diqqətə çarpan nümunələrindən biridir. Bu müstəvidən Rusiyanın xarici siyasətinə hakim olan önəmli realizm paradiqma prinsipinin kökü hərbi və təhlükəsizlik doktirinasında nəzərdə tutulmuş üsul və prinsiplərə əsaslanır.
Rusiyanın 2020-ci il doktirinası sənədində əhəmiyyətli məsələlərdən biri də budur ki, sözügedən doktirinanın nisbətən də olsa həyata keçməsi üçün Rusiyan özünü beynəlxalq siyasətdə möhkəmləndirməlidir. Bunun üçün də beynəlxalq balanslarda daha fəal rol mexanizmi yaranmalıdır. Ötüb keçməsi mümkün olmayan həqiqət budur ki, Rusiyanın Suriya böhranı qarşısında mövqeinə realizm eynəyi ilə baxsaq, Kreml rəsmilərinin də bu böhran qarşısında reallıq nümayiş etdirən davranışlarını görmək olar. Suriya böhranı Rusiya üçün bu qızıl fürsəti vermişdir ki, bir daha soyuq müharibə dövrünə qayıtsın və qərb düşərgəsi ilə strateji çəkişməyə qalxsın ki, Soverlər Biriliyinin parçalanmasından sonra itirdiyi keçmiş etibar və yerini yenidən bərpa edə bilsin.
Suriya böhranı səbəb oldu ki, ruslar ondan istifadə etməklə özlərinin xarici siyasət, beynəlxalq nüfuz, regional etibarlarının təməllərini gücləndirsinlər. Halbuki, Suriya böhranından qabaq bunların heç birinə malik deyildi. Bu, Kreml rəhbərlərinin illərlə ardınca olduğu, lakin onu gerçəkləşdirmək üçün münasib fürsətin yaranmadığı bir məsələ idi. Suriya böhranı bu fürsəti onların ixtiyarında qoydu və rusların beynəlxalq siyasətdə passivlikdən çıxaraq beynəlxalq balansda fəal hərəkət etməsinə səbəb oldu. Həmin məsələ Rusiyanın yeni təhlükəsizlik sənədinin hədəflərinin irəliləməsinə də çox kömək etdi.
Rusiyanın yeni təhlükəsizlik doktirinası “Rusiya realizmi”nə söykənir və bu ölkənin 2020-ci ilədək beynəlxalq arenada yol xəritəsini tərif və izah edir. Ona görə də Moskva Suriya böhranı qarşısında məhz müşahidəçi kimi qala bilməz, yaxud bu məsələ ilə razılaşa bilməzdi. Suriya böhranı vasitəsilə qərb və Amerika ilə güc sınağına çıxmış Rusiya yeni maraqlar kəsb etmək deyil, öz xarici siyasətinin təməllərinin gerçəkləşmə yolunu asanlaşdırmaq ardıncadır.
Rusiya şəxsən Əsəd dövlətinin qalması üzərində o qədər də təkid etmir. Çünki Əsədin hakimiyyətdən getməsi üçün kara gələn mexanizmi və vasitəsi yoxdur. Rusiya üçün Suriya böhranında önəmli məsələ Əsəd yox, Suriyanın siyasi hökumətidir. Rusiya cəhd edir ki, Suriyanı hazırkı dövlətlə qorusun və Rusiyanın maraqlarına yönələn təhlükələri ondan uzaqlaşdırsın. Çünki Rusiyanın maraqlarını xarici təhdidlərdən qorumaq 2020-ci ilədək olan təhlükəsizlik doktirinasının prinsiplərindəndir.
Suriyanın siyasi hökumətinin süqutu beynəlxalq tarazlığı realizm eynəki ilə izləyən Rusiya və Putin üçün Yaxın Şərqdə sonuncu möhkəm bir müttəfiqini itirmək anlamınadır. Bu da NATO-nun Rusiyanın maraqlarının xəlvət həyatına daxil olması, mövqeinin zəifləməsi, beynəlxalq etibarının itməsi, nəhayət, milli təhlükəsizlik doktirinasının gerçəkləşməsində nakam qalması mənası daşıyır.
Rusiyanın Strategiya və Texnologiya Mərkəzinin direktoru, hərbi ekspert Ruslan Puxovun sözü ilə desək: “Suriyada dövlətin dəyişməsi və ABŞ-ın istədiyi dövlətin hakimiyyətə gəlməsi rusların Yaxın Şərq strategiyası regionunda və Aralıq dənizində möhkəm izlərini itirməsi, Rusiyanın gücünün zəifləməsi və onu öz sərhədləri daxilinə məhdud etmək üçün mühüm addımdır. Bu siyasət Suriya məsələsindən öncə ABŞ-ın Balkan, Orta Asiya və Qafqaz hövzəsində izlədiyi siyasətdir”.
Ona görə də Rusiya Yaxın Şərqdə təsirli oyunçu olduğunu sübut etdi. Sovetlər Birliyinin parçalanmasından sonra ilk dəfə olaraq Rusiyanın öz sərhədlərindən qıraqda hərbi gücdən istifadə edə bilmə şansından faydalanaraq İŞİD-lə mübarizə etməsi və Suriya böhranında önəmli rol oynaması Moskvanın beynəlxalq mövqeini gücləndirdi, Rusiyanı təcrid etmə əfsanəsinə son qoydu, Ukrayna böhranı, sanksiyaların aradan qaldırılması və Krımın Rusiyaya birləşdirilməsi kimi məsələlərin qərblə müzakirələrində Kremlin üstünlüyünə səbəb oldu.
Həmid Xoşayənd