Ərəbistan və Rusiya arasında neft bazarının tənzimlənməsi kimi məhdud və taktiki müzakirələr təbliğatla şişirdilir. Ancaq sonda və geniş səviyyədə bu iki ölkənin düşərgələri bir-birindən fərqlidir, iki ölkənin ümumi diplomatik nümayişləri bu münasibətləri strateji bir əlaqəyə çevirməsi uzaq görünür.
AranNews – “Əl-Vəqt” qəzeti bir araşdırmada Səudiyyə Ərəbistanının Rusiya ilə münasibətlərinin dəyişməsindən yazaraq deyir: Ərəbistanın Amerika ilə münasibətlərində çatların bərkiməsinin ardınca Riyaz hökuməti Rusiya və Çin kimi böyük dünya gücləri ilə münasibətlər yaratmağa təlaş edir ki, zəruri durum yarandıqda Amerika ilə münasibətlərini azaltmaq və məntəqədə siyasətlərini irəli aparmaq üçün onlardan alternativ kimi faydalansın. Digər tərəfdən də Rusiyanın hərəkəti və onun Ərəbistanla yaratdığı münasibətlər də bir sıra fərziyyələrin qarşıya çıxmasına səbəb olmuşdur. Ancaq belə nəzərə gəlir ki, iki ölkə arasında münasibətlərin yaxşılaşması barədə hərəkətlər strateji deyil, taktiki bir xarakter daşıyır. Regiona daha geniş və böyük bucaqdan baxmaq istəsək görərik ki, Ərəbistan Amerika ilə münasibətlərində enişli-yoxuşlu yol keçmiş və bu ölkənin daxilində yeni krallar tərəfindən bir sıra xarabedici hadisə və dəyişikliklərin baş verməsinə baxmayaraq Riyaz hələ də qərb və Amerika cəbhəsində qalmaqdadır. Rusiya və Ərəbistan arasında münasibətlərin yaxşılaşmasına dair fərziyyələr öncələr Rusiya-İsrail arasında da var idi. Sionist rejimin baş naziri Binyamin Netanyahu Moskvaya səfər etdikdə, yaxud bu rejimlə Rusiya arasında gediş-gəlişlər baş tutduqda İsrail başçıları tərəfindən belə fərziyyələr irəli sürülürdü. Lakin onların Rusiya ilə münasibətlərinin strateji əhəmiyyət daşımasına doğru getdiyini göstərməyə cəhd etdiklərinə baxmayaraq faktiki olaraq belə olmadı. Bir müddət öncə “Jerusalem Post” qəzeti bir məqaləsində ifşa etdi ki, İsrail və Rusiya əməkdaşlığı Suriyanın hava məkanında istənilmədən toqquşmaların qarşısını almaq məqsədi daşısa da, ancaq Rusiyanın Suriyada yerləşmiş hərbi qüvvələri sionist rejim qırıcılarına ən azından iki dəfə atəş açmışdır. Üstəlik, bu rejim Rusiyanın Suriyadakı hərəkətlərindən bərk narahatdır və qabaqkı fərziyyələr düzgün deyil.
Ərəbistan və Rusiya arasında neft bazarının tənzimlənməsi kimi məhdud və taktiki müzakirələr təbliğatla şişirdilir. Ancaq sonda və geniş səviyyədə bu iki ölkənin düşərgələri bir-birindən fərqlidir, iki ölkənin ümumi diplomatik nümayişləri bu münasibətləri strateji bir əlaqəyə çevirməsi uzaq görünür.
Digər tərəfdən Rusiyanın Suriyada və regionda rəftarı və ümumi olaraq Moskvanın ötən illərdə xarici siyasəti xas bir modelə tabedir. Bir neçə gün öncə “Nyu York Taymz” qəzeti Rusiyanın qərblə, eləcə də Suriya və Yaxın Şərqdə siyasət modellərinin ən mühümlərindən birini izah edərək, bu siyasət modelinin Rusiyanın və V. Putinin şəxsən özünün qərb və Amerikaya dərin inamsızlığından irəli gəldiyini və bunu asanlıqla dəyişdirməyin mümkün olmayacağını bildirdi.
Həmçinin, İran və Rusiyanı regional məsələlərdə, o cümlədən Suriya böhranında bir-birinə bağlayan mövzu hər iki ölkənin qərbə, əsasən də Amerikaya qarşı inamsızlığı və onların keçmiş hərəkətlərindən qaynaqlanan bədbinliyidir. Ona görə də Rusiya və Ərəbistan arasında münasibətlərin yaxşılaşmasına dair yayılan belə xəbər və nümayişlər o qədər də ciddi sayılmır və Ərəbistan-Rusiya münasibətlərini taktiki səviyyədən strateji səviyyəyə yüksəldə bilməz. Çünki bu iki ölkənin cəbhə və mülahizələri bir-birindən tamamilə fərqlidir. Buna görə də qərb müttəfiqi olan Ərəbistanın Rusiyanın xarici siyasətində strateji yer tuta bilməsi uzaq nəzərdir.