Arannews- “Neft qiymətinin kəskin azalması Azərbaycanın gəlirlərini azaldıb”.
bunu Azərbaycan Respublikası prezidenti İlham Əliyev Bakıda keçirilən Azərbaycan-Xorvatiya biznes forumunda çıxışında deyib.
İlham Əliyev bildirib ki, Azərbaycanın builki dövlət büdcəsində neftin qiyməti 25 dollar təsbit olunub: “Azərbaycan iqtisadiyyatı şaxələndirmə siyasəti həyata keçirir. Neftin qiymətlərindən asılılığımızı azaltmışıq və neft Azərbaycanın ümumdaxili məhsulunun 33 faizini təşkil edir”.