Tarix : 2008 Jun 05
Kod 5055

İRANIN İRƏLİLƏYİŞİ QƏRBİ TƏŞVİŞƏ SALIB

Əslində NATO və Qərb dövlətləri İranı təcriddə saxlamaqda İranın nüvə proqramını əsas tutmurlar
Iran Servisi/Aran Agentliyi
 İran Yaxın Şərqdə ABŞ və Avropa dövlətlərini təşvişə salıb . Yeni Azərbaycan qəzeti son sayında bu məqama toxunaraq yazıb : Əslində NATO və Qərb dövlətləri İranı təcriddə saxlamaqda İranın nüvə proqramını əsas tutmurlar . Beləki Yaxın Şərq məntəqəsində İranın gün-gündən artan nüfuzu onları daha çox nigarnaçılığa və ya təşvişə salır . Qəzetin yazdığına görə Şimalı Atlantika Bloku NATO İranı Rusiyanın himayəsindən məhrum etməyi qarşıya məqsəd qoyub . Daxil olan bu məlumata görə ABŞ-ın qənaətincə İranın regionda təsir gücü , regionda daimi sülhün bərqərar edilməsinə mane olur . Ancaq rəsmi Tehranın Fikrincə Vaşinqtonun iddia etdiyi uzun müddətli sülhdə əsas məqsədi regionu istilaya məruz qoymaqdır . Yeni Azərbayacan qəzeti sonra da Almaniyanın sabiq xarici işlər naziri Yuşka Fişerin ABŞ-ın məntiqsiz mövqeyi və siyasəti Yaxın Şərqdə digər hərbi bir qarşıdurmaya səbəb olacaq sözlərini setat gətirərək yazıb : Onun bu fikirlərinin İran rəsmilərinin bu məsələ ilə bağlı mövqeyinin təsdiqlənməsi kimi dəyərləndirmək olar .
  • Yazılıb
  • da (də) 2008 Jun 05