Tarix : 2016 Oct 26
Kod 50550

Mixail Saakaşvili: "Rusiya həqiqətən müharibəyə hazırlaşır"

Putin hər dəfə beynəlxalq ictimaiyyətin reaksiyasını yoxlamaq üçün qırmızı xətti keçir.
Arannews- Rusiya özünün KİV-ləri vasitəsilə böyük müharibə hazırlığı haqqında mesajlar verəndə yalan danışmır.
bunu Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili bildirib. 
Onun sözlərinə görə, Rusiya həqiqətən müharibəyə hazırlaşır:
 “Şimali Koreyada Rusiyadan daha çox intizam var. Şimali koreyalılar müharibənin astanasında necə dayanmağı bilirlər. Yaxına gəlirlər və dayanırlar. Ona görə ki, onlar bunun sui-qəsd olduğunu bilirlər. Mən əminəm ki, Putin də bunu bilir. Əgər Rusiya təbliğatına baxsaq, onların həqiqətən müharibəyə hazırlaşdığını görə bilərik. Putin hər dəfə beynəlxalq ictimaiyyətin reaksiyasını yoxlamaq üçün qırmızı xətti keçir. Belə qırmızı xətlər 2008-ci il Gürcüstan müharibəsi və Ukrayna böhranı idi. Rusiya artıq ABŞ-la müharibə vəziyyətindədi”.


  • Yazılıb
  • da (də) 2016 Oct 26
  • Göndərən مدير سايت Aran News