Tarix : 2016 Oct 27
Kod 50551

Ərdoğan getsə, Türkiyə dağılacaq

Xarici qüvvələr Ərdoğanı devirmək üçün çalışırlar.
Arannews- Ərdoğan hakimiyyətdən getsə, Türkiyə dağılacaq.
bunu Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski deyib. Onun sözlərinə görə, xarici qüvvələr Ərdoğanı devirmək üçün çalışırlar:
 “Yaxın Şərq dünyanın ən gərgin bölgəsi kimi qalmaqda davam edir. ABŞ hər kəsi aldadır. ABŞ Rusiya, Çin və Avropanı gücsüz vəziyyətə salmaq üçün Yaxın Şərqdə xaos yaratmaqda davam edir. ABŞ həmçinin Rusiyada qeyri-stabilliyin olmasının tərəfdarıdır. Ona görə ki, Rusiya iqtisadiyyatının inkişafı Vaşinqtona sərf etmir. Əgər İraq və Suriyanın parçalanmasına yaşıl işıq yandırsaq, demək, onlardan sonra növbədə Türkiyə olacaq. Daha sonra isə hadisələr Qafqaza keçəcək. Qısası, bu, bizə sərf etmir”.

  • Yazılıb
  • da (də) 2016 Oct 27
  • Göndərən مدير سايت Aran News