Tarix : 2016 Oct 27
Kod 50552

Seyran Ohanyanın partiyasının adı bəlli olub

partiyaya bütün maliyyə dəstəyi Rusiyadan gələcək
Arannews- Ermənistanın keçmiş Müdafiə naziri Seyran Ohanyanın partiyasının adı bəlli olub.
bu barədə informasiyanı “Jamanak” qəzeti yayıb. Qəzet yeni partiyanın adının “Üçüncü Respublika” olacağını bildirib.
Qeyd edək ki, Üçüncü Respublika Partiyasının yaradıcısı Ermənistan Prezident Administrasiyasının sədr müavini Viktor Dəlləkyandır. O, bir müddət öncə tutduğu vəzifədən imtina edib. Dəlləkyanın bu vəzifədən imtina etməsinə səbəb Seyran Ohanyanın onunla işbirliyinə icazə verməsi olub. Üstəlik, Prezident Serj Sərkisyanla keçmiş müdafiə nazirinin münasibətlərinin pozulması Dəlləkyanın daha qəti addım atmasına səbəb olub. Maraqlı məqam odur ki, partiyaya bütün maliyyə dəstəyi Rusiyadan gələcək.


  • Yazılıb
  • da (də) 2016 Oct 27
  • Göndərən مدير سايت Aran News