Tarix : 2016 Oct 27
Kod 50554

Rusiyada İslam Kompleksinin tikilməsi üçün müraciət olunub

Albir Krqanov: "Həqiqətən, bizim çoxmillətli və çoxdinli ölkəmizin paytaxtında İslam kompleksinin inşaasına ehtiyac var".
Arannews- Moskva və Rusiya Mərkəzi Regionunun  müftisi, İctimai Palatanın üzvü Albir Krqanov paytaxtda  məscidlə birlikdə İslam Kompleksinin  tikilməsi barədə müraciət edib.
Həqiqətən, bizim çoxmillətli və çoxdinli ölkəmizin paytaxtında  İslam  kompleksinin inşaasına ehtiyac var. Bununla bağlı  biz mütəmadi olaraq Moskva hökumət orqanları ilə müzakirələr aparırıq. Bundan başqa paytaxt meri  Serqey Sobyaninə də müraciət etmişik. Ehtimal edirik ki, şəhərdə növbəti məscid bizim yurisdiksiyamızda olacaq, - deyə müfti bildirib.
O, əlavə edib ki, müsbət cavab alacaqları təqdirdə Moskvala  rus müsəlmanların mövqelərinin  möhkəmlənməsinə xidmət edəcək mərkəzin maksimum məqbul vaxta tikilməsinə çalışılacaq.
Albir Krqanovun sözlərinə görə, kompleksə  təhsil və uşaq mərkəzləri, qadınların görüş mərkəhi, çoxfunksiyalı zal, İslam oteli və 2,5 min maşın üçün yer nəzərdə tutulub.


  • Yazılıb
  • da (də) 2016 Oct 27
  • Göndərən مدير سايت Aran News