Albir Krqanov: "Həqiqətən, bizim çoxmillətli və çoxdinli ölkəmizin paytaxtında İslam kompleksinin inşaasına ehtiyac var".
Arannews- Moskva və Rusiya Mərkəzi Regionunun müftisi, İctimai Palatanın üzvü Albir Krqanov paytaxtda məscidlə birlikdə İslam Kompleksinin tikilməsi barədə müraciət edib.Həqiqətən, bizim çoxmillətli və çoxdinli ölkəmizin paytaxtında İslam kompleksinin inşaasına ehtiyac var. Bununla bağlı biz mütəmadi olaraq Moskva hökumət orqanları ilə müzakirələr aparırıq. Bundan başqa paytaxt meri Serqey Sobyaninə də müraciət etmişik. Ehtimal edirik ki, şəhərdə növbəti məscid bizim yurisdiksiyamızda olacaq, - deyə müfti bildirib.
O, əlavə edib ki, müsbət cavab alacaqları təqdirdə Moskvala rus müsəlmanların mövqelərinin möhkəmlənməsinə xidmət edəcək mərkəzin maksimum məqbul vaxta tikilməsinə çalışılacaq.
Albir Krqanovun sözlərinə görə, kompleksə təhsil və uşaq mərkəzləri, qadınların görüş mərkəhi, çoxfunksiyalı zal, İslam oteli və 2,5 min maşın üçün yer nəzərdə tutulub.