tədbirin təşkilatçısı Rusiya Federasiyasının İqtisadi İnkişaf nazirliyi və Azərbaycan Respublikasının İqtisadiyyat nazirliyidir.
Arannews- Bakıda noyabrın 1-də VII Rusiya-Azərbaycan regionalarası forumu baş tutacaq.
tədbirin təşkilatçısı Rusiya Federasiyasının İqtisadi İnkişaf nazirliyi və Azərbaycan Respublikasının İqtisadiyyat nazirliyidir.
Forumda Rusiya heyətinə Rusiyanın İqtisadi inkişaf naziri Aleksey Valentinoviç Ulukayev, Azərbaycan heyətinə isə Azərbaycan Respublikasının İqtisadiyyat naziri Şahin Mustafayev rəhbərlik edəcək.
Tədbirdə Rusiya Federasiyasının Prezident Administrasiyasının və Azərbaycan Prezident Administrasiyasının nümayəndələri, Rusiya və Azərbaycan regionlarının rəhbərləri, icra və qanunverici hakimiyyət orqanların, işguzar dairələrin, qeyri-hökumət təşkilatlarının, KİV nümayəndələri iştirak edəcəklər. Ümumilikdə forumda 400-dən çox şəxsin iştirakı planlaşdırılır.
Forumun gedişatında Rusiya və Azərbaycan arasında turizm, kənd təssərrüfatı, sənaye və humanitar sahədə qarşılıqlı fəaliyyətin məsələləri nəzərdən keçiriləcək.