Tarix : 2016 Oct 27
Kod 50556

XİN Rəhbələri Prezidentlərin Görüşünü Müzakirə Edəcəklər

Azərbaycanın və Ermənistanın XİN rəhbərləri Elmar Məmmədyarov və Edvard Nalbandyan ilə yaxın zamanda iki ölkənin prezidentlərinin görüşünü müzakirə edəcəklər.
Arannews- ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Ceyms Uorlik (ABŞ) və Pyer Andrie (Fransa), eləcə də ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsi Anje Kaspşik Azərbaycanın və Ermənistanın XİN rəhbərləri Elmar Məmmədyarov və Edvard Nalbandyan ilə yaxın zamanda iki ölkənin prezidentlərinin görüşünü müzakirə edəcəklər. 
bu barədə ATƏT-in press-relizində bildirilib. 
Press-relizdəki məlumata görə, Ermənistan və Azərbaycan prezidentləri Serj Sarkisyan və İlham Əliyevin mümkün görüşünün müzakirəsi dekabrda ATƏT-in Xarici İşlər Nazirləri Şurasının iclası çərçivəsində Hamburqda keçiriləcək.


  • Yazılıb
  • da (də) 2016 Oct 27
  • Göndərən مدير سايت Aran News