Tarix : 2016 Oct 28
Kod 50557

Sionist İsrail rejimi UNESCO-dakı nümayəndəsini Təl-Əvivə çağırdı

Benyamin Netanyahu BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatının nümayəndəsini məsləhətləşmələr üçün Təl-Əvivə çağırıb.
AranNews”, Yaxın Şərq KİV-lərinə istinadən xəbər verir ki, oktyabrın 26-da sionist İsrail rejiminin Nazirlər Kabinetindən verilən açıqlamada belə qeyd olunub: "UNESCO-dakı nümayəndəmizi məsləhətləşmələr üçün geri çağırmağa qərar verdik. BMT təşkilatına qarşı atılacaq addımlar haqqında məsləhətləşmələr nəticəsində qərar veriləcək".
UNESCO Qüdsün qədim Belde səmti və qala divarları barədə dünən qəbul etdiyi qərarla sionist İsrai rejiminin yəhidiləşdirmə məqsədilə verdiyi adları qəbul etməyib və sionist İsrail rejimindən qazıntı işlərini dayandırmasını tələb edib.
UNESCO-da keçirilən gizli səsvermədə 10 ölkə qətnamənin lehinə, 2 ölkə əleyhinə səs verib, 8 ölkə isə bitərəf qalıb.
Qərar layihəsinin İordaniya və Fələstindən sonra, Küveyt, Livan və Tunis tərəfindən təqdim olunduğu bildirilib.
Sionist İsrail rejiminin bütün təzyiqlərinə baxmayaraq, qəbul olunan qərar layihəsi 1967-ci ildən əvvəlki vəziyyəti əsas götürüb və Əl-Əqsa məscidi və ətrafının təkcə müsəlmanlara aid ibadət məkanı kimi qəbul edib.
  • Yazılıb
  • da (də) 2016 Oct 28
  • Göndərən مدير سايت Aran News