Şimali İraq Kürd Muxtariyyətinin rəhbəri, İraqın Ali İslami Şurasının sədri Seyid Əmmar Əl-Həkimlə birlikdə Mosulda kameralar qarşısına çıxıb.
“AranNews” xəbər verir ki, Bərzani açıqlamasında, ABŞ-ın kürdləri istifadə etməsilə bağlı səslənən iddialara belə cavab verib: "Amerika kürdləri istifadə etmir, çünki biz onlar üçün yox, özümüz üçün döyüşürük. Yardımlarını da məmnuniyyətlə qəbul edirik".
Başikanı İŞİD-dən təmizlədiklərini deyən Bərzani, razılaşma əsasında Peşmərgə qüvvələrinin Mosula daxil olmayacağını bir daha söyləyib.
Bərzani Mosul əməliyyatı çərçivəsində, Başikanın İŞİD-in işğalından azad edilməsi üçün başladılan əməliyyatda, Türkiyənin artilleriya zərbələrilə onlara dəstək verməsi iddiaları yalan adlandırıb.
Seyid Əmmar Əl-Həkim isə öz növbəsində belə danışıb: "İŞİD-lə mübarizəmizə Türkiyənin dəstək verməsini istəyirik, amma Bağdadın razılığı çərçivəsində. Türkiyə əsgərləri Bağdadın razılığı olmadan gəldi. Bu səbəblə geri çəkimələrini istəmişik". Seyid Əmmar Əl-Həkim sözlərini daha sonra belə davam edib: "İŞİD-ə qarşı mübarizə bir İraq müharibəsidir və heç bir ölkənin kimin iştirak edib, kimin iştirak etməyəcəyinə qərar vermək haqqı yoxdur". /Sputnik/