Tarix : 2016 Oct 28
Kod 50561

İraqın ordu qüvvələri Mosul şəhərinin darvazalarına yaxınlaşdı

İraqın ordusu Zəvaya məntəqəsini azad etmək üçün əməliyyata başlayaraq, Mosul darvazalarına yaxınlaşıb.
AranNews”, Al-Sumaria-ya istinadən xəbər verir ki, İraqın Terrorla Mübarizə Qüvvələrinin baş komandanı general Əbdülvəhhab Səədi Mosul şəhərinin içində əməliyyatın yaxınlaşdığını bildirib.
General Səədi açıqlamasında, İraq qüvvələrinin Zəvaya bölgəsini azad etmək üçün əməliyyatlara başladığını deyib. O, İraq ordusunun Zəvayadan sonra Mosul şəhərinin Kökcəli bölgəsini azad etmək üçün əməliyyata başlamaqla, Mosul daxilində əməliyyata başlamış olacağını deyib.
"Mosul müharibəsi hələ ilk mərhələsindədir, əsas müharibə Mosul şəhərinin daxilində reallaşacaq", - deyə general Səədi bildirib.
Bu arada, Neynəva polis rəsmilərindən biri İraqın Terrorla Mübarizə Qüvvələrinin Mosulun mərkəzinə 4 kilometr məsafədəki mühüm məhəllələrindən birinə çatdığınıaçıqlayıb. "Terrorizmlə mübarizə qüvvələri Mosulun şərq istiqamətinə yaxınlaşdı və bu bölgə Mosul şəhərinin mühüm məhəllələrindən biridir", - deyə polis rəsmisi bildirib.
İraqın Müdafiə Nazirliyinin sözçüsü Yəhya Rəsul Əl-Haşduş-Şabi qüvvələrinin yaxın günlərdə Mosulda yeni bir cəbhə açacağını açıqlayıb. O, məsələ ilə bağlı ətraflı məlumat verməyib.
Mosulun cənubunda yerləşən Kayyara hava bazasında yerləşən ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələrinin sözçüsü, İraq qüvvələrinin Mosulda irəliləməsi müqabilində İŞİD qüvvələrinin də müqavimətinin artdığını açıqlayıb.
Bəzi Qərb mediası da İŞİD terror təşkilatının İraq qüvvələrinin Mosulun cənubundakı irəliləməsini ləngitdiyini qeyd edib.
  • Yazılıb
  • da (də) 2016 Oct 28
  • Göndərən مدير سايت Aran News