Türkiyənin Tehran səfiri, 15 iyul dövlət çevrilişi cəhdindən sonra ziyan görən iranlı turizm şirkətləri üçün Tehranın Türkiyədən təzminat istəməsini tənqid edib.
Türkiyənin Tehran səfiri Rza Hakan Tekin, 15 iyul dövlət çevrilişi cəhdindən sonra ziyan görən iranlı turizm şirkətləri üçün Tehranın Türkiyədən təzminat istəməsini tənqid edib.
“AranNews” xəbər verir ki, İranın İSNA xəbər agentliyinə açıqlama verən türk səfir bildirib ki, İran, uğursuz çevriliş cəhdindən bir gün sonra Türkiyəyə turizm səfərlərinə qadağa qoydu və bu məsələ bir ay davam etdi. Çevriliş gecəsi və bir gün sonra İran şirkətlərinin ziyanının qarşılanacığını dedik. Amma iranlı rəsmilərin aldığı bu qərara görə ziyan görən şirkətlərin kompensasiyanın Türkiyə tərəfindən ödənilməsi yerində bir gözlənti deyil. İran turizm şirkətləri üçün dəyən ziyanın müəyyənləşdirilməsi davam edir.