Yəmənin Ənsarullah hərəkatının rəhbəri, Zeyd İbn Əlinin (ə) şəhadətinin ildönümü münasibətilə dünən çıxış edib.
“AranNews”, Əl-Məsirə-yə istinadən xəbər verir ki, Seyid Əbdülməlik Əl-Husi çıxışında, Bəni Üməyyənin İslam tarixində yaratdığı faciələrə toxunaraq, belə danışıb: "Bəni Üməyyə peyğəmbərin (s) məscidinə hücum edib və bir çox səhabəni qətlə yetirib qadınlarına təcavüz edib".
Daha sonra Yəmənə qarşı təcavüzkarlığa da toxunan Ənsarullah lideri belə danışıb: "Biz Amerikanın, sionist İsrail rejiminin və İŞİD-in Allahın evi olan Kəbəni hədəfə ala biləcəyindən narahatıq".
Sionist İsrail rejiminin İslam dini daxilində münafiqliyə dəstək verdiyini deyən Əl-Husi, bu gün dünyanın təkfirçi terroruyla qarşılaşmasının səbəbinin məhz bu olduğunu vurğulayıb.
Seyid Əbdülməlik Əl-Husi təkfirçilərin böyük qətliamlara və faciələrə səbəb olduğunu qeyd edərək, belə danışıb: "BMT-nin Səna qətliamı məsələsindəki bacarıqsızlığı BMT-yə etimad edilməməli olduğunu göstərdi".
Səudiyyə rejiminin Səna qətliamı müqabilində dünyanın sükut etməsinin daha böyük bir cinayət olduğunu deyən Əl-Husi, Səudiyyə rejiminin sionist İsrailə xidmət etdiyini vurğulayıb.