Tarix : 2016 Oct 28
Kod 50564

Ərbəinə görə İran-İraq sərhədi 24 saatlıq iş rejiminə keçib

Ərbəin ziyarəti yaxınlaşdıqca İran-İraq sərhədində də izdiham gedərək artır.
Artıq İran sərhəddi 24 saatlıq iş rejiminə keçib. Bu barədə İran İslam Respublikası Gömrük İdarəsi rəhbəri bildirib.
AranNews” xəbər verir ki, Ərbəin ziyarətinə gedən zəvvarlar Mehran, Şələmçə və Çəzabə sərhəd buraxılış məntəqələrindən gediş-gəliş edə bilərlər.
Zəvvarların gediş-gəlişini asanlaşdırmaq və zəvvarların sıxlığını aradan qaldırmaq məqsədi ilə Şələmçə sərhəd keçid məntəqəsində xidmət göstərən polislərin və nəzarətçilərin sayı artırılıb. Mehran buraxılış məntəqəsində sıxlıq həddən artıq olduğu üçün zəvvarlar bu sərhəd buraxılış məntəqəsindən də gediş-gəliş edə bilərlər. /rajanews.com/
  • Yazılıb
  • da (də) 2016 Oct 28
  • Göndərən مدير سايت Aran News