Amerikalı senator Riçard Hiden Blik Türkiyə, Qətər və Səudiyyə rejiminin həyasız və şeytan birliyi olduğunu deyib.
“AranNews” xəbər verir ki, bir müddət əvvəl Suriyaya səfər edərək, Bəşər Əsədlə görüşən Blik, ABŞ rəhbərliyinin Suriyada terrorçuları dəstəkləməsini tənqid edib.
"Amerika Suriyadan kənarda qalsaydı, artıq müharibə olmazdı və xalq ölkəsini yenidən inşa edəcək və köçkünlər də evlərinə geri qayıdacaqdı", - deyə Blik bildirib.
Blik daha sonra sözlərini belə davam edib: "Əgər biz Suriya müharibəsini dəstəkləməsəydik, suriyalılar müttəfiqləri İran, Livan və Rusiyanın köməyi ilə Suriya sərhədlərini sabit vəziyyətə gətirə bilərdi".
Blik Türkiyə, Qətər və Səudiyyə rejimini da şər oxu adlandırıb. /Farsnews/