Bu təşkilat 40 qrupdan ibarətdi və təxminən 140 min döyüşçüyə malikdir. Hazırda 60 mini İŞİD-lə döyüşməklə məşğuldur.
“AraNnews”-un verdiyi məlumata görə, Təşkilatın quruluşu ümumi olaraq belə bölünür: Bədr ordusu, Əsabü əbu Xalq, Hizbullah briqadalarının formalaşdırdığı ana özək və Ayətullah Sistaninin fətvasından sonra meydana çıxan kiçik qruplar.
İraq Xalq Səfərbərlik Qüvvələrinin tərkib hissəsi və fəaliyyət dairələrini araşdıran məqaləni təqdim edirik. 10 iyun 2014-cü ildən artıq İraqda vəziyyət günü-gündən ağırlaşmağa başlamışdı. Artıq Mosul İŞİD-in əlinə keçmiş və onların ayaq səsləri Samirra, Kərbəla və Nəcəf istiqamətində eşidilməyə başlamışdı. Ayətullah Sistaninin fətvasından sonra xalq artıq könüllü şəkildə vətənin müdafiəsinə qalxdı.
Xalq Səfərbərlik Qüvvələrinin –"Həşd Şabi"nin onurğasını İraq şiələri təşkil etsələr də, daha sonralar İraqın Səlahəddin, Nineviya və Ənbar vilayətlərindən olan yezidilər, xristianlar və sünnilər də onlara qoşuldu. "Həşd Şabi" bəlli bir məzhəb və ya din çərçivəsinə malik deyil. Tərkibində hazırda 25 min sünni döyüşçü vardır ki, bu da həmin ordunun 19% deməkdir.
Belə birlikdə müqavimət qüvvəsi olaraq vahid cəbhə yaratmaq İraqda Amerika işğalı dövründə olmuşdur. Daha sonra Fəllucanın azad edilmisində o təcrübə həddindən artıq işə yaradı və vahid bir ordu yaradıldı. Təşkilat aşağıdakı qruplaşmaya malikdir: Bu qruplardan bəziləri İraqın sabiq diktatoru Səddamın dövründə Bəəs rejimi qarşısında müqavimət hərəkatı kimi şəkillənmişdi. Bəəs hakimiyyəti dövründə “İraq Bədr Ordusu” olaraq adlanan və 8 illik müharibədə iranlılarla birlikdə döyüşən Bədr təşkilatı bunlardan biridir.
Bu qrupların digər hissəsi də fəaliyyətini İraqın Amerika tərəfindən işğal edilməsindən sonra başlamışdı. Buna misal olarq Ceyşül-Mehdi (Mehdi Ordusu) kimi adlanan qrupu qeyd edə bilərik ki, Bağdadın Sədr bölgəsində işğalçılarla vuruşub.
Bəhs olunan digər qruplar isə Ayətullah Sistanin fətvasından sonra formalaşmağa başladı. Hazırda Xalq Səfərbərlik Qüvvələrini formalaşdıran əsas qüvvələr bunlardır:
Seraye əs-Selam (Sülh briqadası)
Bu hərbi qüvvə Ayətullah Sistanin fətvasından sonra- 2014-cü ildə Seyyid Müqtəda Sədrin rəhbərliyi ilə qurulub. Əsas vəzifəsi şiələrin və əhli-sünnənin müqqəddəs məkanlarını qorumaqdır. İndiyə kimi Samirra, Diyala, Əmirli kimi yerlərdə fəaliyyət göstərmiş və Fəllucanın azad edilməsində mühüm rol oynamışdır. Bu qrup birbaşa İŞİD-lə üzləşən və ona ilk məğlubiyyəti daddıran Xalq Səfərbərlik Qüvvələrindəndir.
Asaibu Əhlil-Haqq
Bu təşkilat həm hərbi, həm də mülki formata malikdir. Hərbi qolu “Asaibu Əhlil- Haqq Minəl İraq” adlanır. Qayda-qanunları sərt bir qrup kimi tanınır. Döyüşçü sayının 10 mini keçdiyi bildirilir. Əvvəllər bu qrupu şiələr təşkil etmişdi, daha sonra genişləndikcə tərkibinə Səlahəddin vilayətinin sünni gəncləri də qoşuldu. Bu qrupu Xalq Səfərbərlik Ordusunun digər qruplarından fərqləndirən isə onun texniki və hərbi baxımdan mütəxəssislərə malik olmasıdır.
Asaibu Əhlil- Haqq Mehdi ordusundan törəyib. Bu təşkilatı 2006-ci ildə Mehdi ordusundan ayrılan Amerikan ordusu və İraq mərkəzi dövləti arasında bağlanmış sülh müaviləsindən Şeyx Qeys Xəzalinin rəhbərliyi ilə qurmuşdur. Şeyx Xəzali hazırda da həmin təşkilatın başındadır. O Ayətullah Müqtəda Sədrin tələbəsi olub. Şeyx Xəzali 2010-cu ilə qədər Amerika zindanlarında həbsdə olub.
Asaibu Əhlil-Haqqın Suriya qolu “Heydəri-Kərrar briqadaları” adlanır. Hələbdə yeləşən bu qolun rəhbəri Əkrəm əl Kabidir.
2008-ci ildə Mehdi ordusu “Yevmul-Mehdi” (Vəd edilən gün) adlı qrupu qurarkən Asaibu Əhlil-Haqqı da tərkibinə dəvət etdi, lakin onlar bunu qəbul etmədi.
Qeyd edək ki, Asaibu Əhlil-Haqq Amerika işğalı zamanı güclü əməliyyatlar reallaşdırıb.
İmam Əli (ə.s) briqadası
Bu qrupun fəaliyyət dairəsi cənubi İraqdakı şiə əyalətləri olan Babil, Bəsrə, Zikar, Kərbəla, Meysan, Müsənna, Necef, Kadissiyə və Vasitdir.
İmam Kazım (ə.s) briqadası
Bağdadın qərbindəki Sədr səmtini, Yeni Bağdad şəhəri, əl-Cədidə, əl-Kəradə, Rasafe və Əzamiyyəyə görə cavabdehlik daşıyır.
İmam Əsgəri (ə.s) briqdası
İraqın mərkəzində Diyalanın şərqindəki şiə məntəqələrindən, Səlahəddin əyalətindəki Samirra şəhərindən və Nineviya və Kərkük viyalətlərinə görə cavabdehdir.
Hizbullahın Nüceba hərəkatı
Bu əsgəri birliyin adı Hz. Zeynəbin (ə.s) xütbəsindən (seçilmiş Hizbullah) qaynaqlanır. Qurucusu Şeyx Əkrəm Qabidir. Suriyadakı Əmmar Yasir qrupu bu birliyin əsas qollarından biridir. Sayları təxminən 3 min nəfərdir.
Bədr təşkilatı
Bədr təşkilatının hərbi qolu 2012-ci ilin ortalarında Hadi əl Əmiri komandanlığında qurulub. Hal-hazırda Haşdüşsabidə ən əhəmiyyətli hərbi qrupdur. Digər təşkilatlara edilən silah yardımları əsasən Bədr vasitəsi ilə edilir. Daha əvvəllər İraqın İş nazırı olmuş Hadi Amiri bu qrupun rəhbəridir. Bu təşkilat 1980-ci ildə yaradılıb. Bu təşkilat hazırda İraqda ən mütəşəkkil hərbi qüvvələrdən biridir. Təşkilata qoşulanların sayı on minlərlə ölçülür.
İraq Hizbullah briqadaları
2003-cü ildə İraqın işğalından sonra qurulub. İlk hərbi əməliyyatları 2003-cü ildə bir Amerika hərbi karvanına hücumla reallaşıb. 2006-cı ildə İraqın işğalı başa çatdıqdan sonra “Əbülfəzlabbas briqadası” “Ketaibu Kerbela” “Ketaibu Seccad” “Ketaiubu Zeyd Ali” kimi bəzi qruplar bir araya gələrək İraq Hizbullah briqadalarını yaratdılar. Bu təşkilatın Amerika işğal qüvvələrinə qarşı həyata keçidiyi saysız əməliyyatlar nəticəsində Vaşinqton 2009-cu ildə onları terror təşkilatı elan etdi. Hazırda bu təşkilatın rəhbərləri və idarəetmə sistemləri gizli saxlanılır və heç kəsə məlum deyil. Amirli, Tuzhurmatı, Bağdadın qərb bölgələri Təlafər Hizbullah briqdalarının nəzarəti altındadır.
Seyyidüşsühəda briqdaları
Ayətullah Sistanin fətvasından sonra Hizbullah briqadasından ayrılmış bir qrupdur. Bu qrupun özəliyyi yalnız hərbi işlərlə məşğul olmamasıdır. Mədəni və ictimai işlərlə də məşğul olurlar. İraqın Nəsriyyə, İmara və Kazımeyn kimi yerlərində bu fəaliyyətləri ilə məşhurdular. Sayları 3 və ya 4 min olduğu güman edilir. Əsas işləri məzhəb fitnəçilyinin qarşısını almaqdır. İŞİD-lə döyüşən ən dindar qrup hesab olunurlar.
Ketaibu Teyyar ər-Resali
Bu briqada İraq ordusunda yeni himayə görən qruplardan biridir. Zabitiyyə bölgəsinin azad edilməsində yüksək rol oynayıblar. İraq parlamentinin deputatlarından olan Şeyx Adnan Şehmani bu təşkilatın katibidir. Şehmani siyasi həyatına və fəaliyyətinə Dəvət partiyasında başlayıb və 2007-ci ildə Ketaibu Teyyar er Resali təşkilatını qurub. Məhəmməd Bəsri bu təşkilatın sözcüsüdür.
Seraye əl -Xorasani
Bu birlik adını Əməvi hökumətini məhv edən Əbu Müslüm Xorasindən alıb. Ayətullah Məhəmməd Baqir Həkimin təmsilçisi Seyyid Yasin Musəvi tərəfindən qurulub. Bu qrup 1995-ci ildə adını “Talia” olaraq dəyişdirdi və daha ciddi fəaliyyətlə məşğul olmağa başladı. Bildirilir ki, Bəəs rejiminə qarşı 70 əməliyyat reallaşdırıb. Hazırda bu qrup “Seraye əl- Xorasani” təşkilatının hərbi qolu kimi fəaliyyət göstərir.Təşkilata daxil olan döyüşçü sayı təxminən 3 minə yaxındır.
Seraye Aşura
Tam təşkilatlanmış bir qrupdur.
5 min döyüşçü ilə Bələd və Zabitiyyə bölgələrinin azad olunmasında rol oynayıb. Ayətullah Sistanin fətvasından sonra daha 15 şəhərdə təsis edilib.
İmam Əli briqadaları
İraq İslam hərəkatının hərbi qanadıdır. 2014-cü ildə yaranıb. Bu qrupun əsas hədəfi şiə məntəqələrini qorumaq olsa da, zamanla bütün əməliyyatlarda iştirak etmişdir. Hazırda tərkibində dinindən və məzhəbindən asılı olmayaraq hər kəs döyüşçü olaraq iştirak edir. Şebl Zeydi və Əbu Azrayil bu briqdaların məşhurlaşan komandirlərindəndirlər.
Seraye əl- Atebat briqadaları
İraqdakı şiə müəssisə və vəqflərə tabedirlər. Vasik əl- Batat tərəfindən 2010-cu ilin iyunda qurulub. Bu təşkilatın 40 min üzvü var. Onlar raketlərə də malikdirlər.
Əbülfəzl Abbas briqdaları
2011-ci ildə təsis olunub. Komandanlığı Ala əl-Qabinin əlindədir. 2012-ci ildə Suriya böhranından sonra hökumətə kömək istiqamətində formalaşdırıdı. Üzvlərinin çoxu iraqlılardır.
Onlar "Hz. Zeynəb Hərəminin Müdafiəçiləri" olaraq məşhurdular. /islaminsesi/