Hillari Klintonun hərbi məsləhətçisi bəyanatında İran gəmilərinin zorla dayandırılmalı olduğunu bildirərək, bunun Səudiyyə Ərəbistanının xeyrinə olacağına işarə edib.
“Arannews”-un verdiyi xəbərə görə, İranla bağlanan nüvə sazişinə müxalifliyi və Suriyada rusların öldürülməsinə dair açıqlamaları ilə tanınan Hillari Klintonun hərbi məsləhətçisi və keçmiş MKİ əməkdaşı Ceris Morel son bəyanatında İran gəmilərinin zorla dayandırılmalı olduğunu bildirərək, bunun Səudiyyə Ərəbistanının xeyrinə olacağına işarə edib.
Çərşənbə axşamı Hillari Klintonun da iştirak etdiyi Amerika elm mərkəzində açıqlama verən Morel İranın gəmilər vasitəsilə Yəməndəki Husi qüvvələrinə silah ötürdüyünü qeyd edərək, "Mən Amerika dəniz qüvvələrinin Yəmənə silah daşıyan İrana məxsus həmin gəmiləri zorla dayandıraraq, müdaxilə etməsində heç bir ziyan görmürəm", - sözlərini dilə gətirib.
Keçmiş MKİ agenti Morelin açıqlamaları eyni zamanda Demokratlar partiyasının namizədi olan Hillari Klintonun prezident seçiləcəyi halda necə siyasət yürüdəcəyini də göstərir. /Tasnim/