Səudiyyə Ərəbistanı müdafiə naziri Məhəmməd ibn Salmanın Misir ordusuna zərbə endirmək əmrini verdiyi bildirilib.
“AranNews”-un verdiyi xəbərə görə, Bu barədə məlumat özünü əl-Şimri olaraq tanıdan səudiyyəli hərbçi tərəfindən "Şarqul Ovsat"a verilib.
Açıqlamada Məhəmməd ibn Salmanın Misir ordusundan intiqam almaq niyyətində olduğu və İsrailin də dəstəyi ilə Misirin yüksək rütbəli hərbi rəsmilərini terrora məruz qoymaq əmrini verdiyi qeyd olunub.
Mənbə, həmçinin misirli hərbi rəsmilərin müəyyən olunmasının Sionist rejimin Misirdəki səfirliyinin dəstəyi ilə başladıldığını və səfirliyin lazımi məlumatları Səudiyyə Ərəbistanına çatdırdığını bildirib. /Pars Today/