Beynəlxalq KİV-lər bildirir ki, Nigeriya hökuməti ölkənin şiə müsəlmanların yaşadığı ərazilərdə onlara qarşı repressiyaları daha da sərtləşdirib.
“AranNews” xəbər verir ki, belə ki, Ordu Qüvvələri Nigeriyanın bəzi əyalətlərində, o cümlədən Kadunada küçədə və xiyabanlarda hicablı xanımları, xüsusi ilə çadra ilə hicablanan hər hansı bir xanım gördükdə onu dərhal həbs edir.
Bildirilir ki, Nigeriya Ordusu qadınların taxdığı hicabı və qara çadraları ölkəni şiə lideri və hazırda həbsdə olan Şeyx İbrahim Zəkzakinin rəhbəri olduğu Nigeriya İslami Hərəkatının simvolu olduğunu bildirir və çadralı xanımları bu simvolu üzərlərində daşıdığı üçün həbs etdiyini iddia edir. Lakin bütün bu təzyiqlər və həbslərə baxmayaraq Nigeriyanın mömin xanımları öz hicablarını qoruyur.
Qeyd edək ki, bir müddət öncə də Nigeriya ordusu hicablı xanımları həbs edərək onlara işkəncələr vermiş və onların əl və ayaqlarını sındırmışdır. /Maide.Az/