İran prezidenti dünyanın hegemon ölkələrini beynəlxalq konvensiyalara qoşulmaqla dünyada tempraturun artmasına qarşı yönəlmiş tədbirlərə dəstək verməyə çağırmışdır .
Iran Servisi/Aran Agentliyi
İran İslam Respublikasının prezidenti dünya səviyyəsində qida maddələri bazarının tənzimlənməsi üçün müstəqil bir fondun təşkil olunmasını tələb edib . Müxbirimizin məlumatına görə İran prezidenti Mahmud Əhmədinejad çərşənbə axşamı günü iyunun 3-də BMT-nin ərzaq təşkilatının fövqəladə iclasında əlavə olaraq bütün ölkələri hazırda cərəyan edən qida böhranının həlli üçün hərbi büdcələrinin bir hissəsini dünyanın aztəminatlı təbəqələrinin dəstəyinə həsr etməyə çağırmışdır .
Doktor Əhmədinejad dünyanın hazırkı çətinliklərinin yanlış nəzarət və yayınmış idarə etmə sistemlərindən mənşəyi aldığın vurğulayaraq dünyada əsaslı islahatların aparılmasını zəruri hesab edib.
İran prezidenti dünyanın hegemon ölkələrini beynəlxalq konvensiyalara qoşulmaqla dünyada tempraturun artmasına qarşı yönəlmiş tədbirlərə dəstək verməyə çağırmışdır .