Tarix : 2016 Oct 29
Kod 50570

ABŞ, Suriyanı İraqın əvəzində İŞİD-ə vermək istəyir

İraqın Silahlı Qüvvələri, Xalq Könüllülərindən ibarət dəstə ilə birgə İŞİD terror qruplaşmasının Mosulu azad etmək üçün genişmiqyaslı antiterror əməliyyatlarını davam etdirir.
AranNews”-un Rusiya KİV-lərinə istinadən verdiyi xəbərə görə, ABŞ-da prezident seçkilərində namizəd Hillari Klinton reytinqini artırmaq üçün bu hərbi əməliyyatdan istifadə etmək istəyir. ABŞ-ın Demokratlar partiyasına Yaxın Şərqdə qələbə qazanmaq çox mühümdür.
"İŞİD terror qruplaşması Mosulu vaxtından əvvəl tərk edə bilər. İstisna deyil ki, ABŞ Suriyanı İraqın əvəzində İŞİD-ə vermək istəyəcək və bununla bağlı İŞİD ilə danışıqlara gedəcək.
İŞİD İraqdan getsə, ABŞ Suriyada onlara silah və digər vasitələrlə yardım edə bilər", - deyə Rusiyanın məşhur siyasətçisi Aleksandr Sotniçko qeyd edib.
  • Yazılıb
  • da (də) 2016 Oct 29
  • Göndərən مدير سايت Aran News