Mosul əməliyyatın başladığı oktyabr ayının 17-dən bəri İraq ordusu ilə İŞİD terrorçuları arasında gedən döyüşlərdə 772 terrorçunun məhv edildiyi bildirilib.
“AranNews”, Anadolu agentliyinə istinadən xəbər verir ki, İraq ordusundan verilən açıqlamaya görə, İraq ordusu ilə İŞİD terrorçuları arasında 11 gündə baş verən toqquşmalarda 772 terrorçunun öldürülüb.
Mosul şəhəri yaxınlığında yerləşən 87 rayon və kənddə təhlükəsizlik qüvvələri idarəni ələ keçirib.
Açıqlamada, 23 terrorçunun yaxalandığı, 127 partlayıcı yüklü maşın, 27 qaubitsa, 397 bomba, 5 partlayıcı yüklü motosiklet və 40 mövqeyin yararsız hala gətirildiyi bildirilib.
Çox sayda silah, sursat və partlayıcı düzəldilməsində istifadə edilən maddənin də ələ keçirildiyi qeyd edilib.