BMT sionist İsrail rejimin yoxsulluq, işsizlik və iqtisadi durğunluq mühitini formalaşdıraraq Fələstinin inkişafına mane olduğunu qeyd edib.
“AranNews” xəbər verir ki, qurumdan verilən bəyanatda sionist İsrail rejimindən Fələstin torpaqlarındakı işğalına son verməsini istənilib.
BMT-nin işğal altındakı Fələstin torpaqlarındakı insan haqları üzrə xüsusi məruzəçisi Maykl Link, açıqlama verərək, Fələstin torpaqlarındakı inkişafın qarşısının alınmasından dərin narahatlıq keçirdiklərini söyləyib.
O, işğal altındakı ərazilərdə yaşayan Fələstin xalqının çarəsiz və ümidsiz bir vəziyyətdə yaşadıqlarını deyib. Linksionist İsrail rejimini Fələstin ərazilərində, təxminən 60 illik işğalını dayandırmağa çağırıb.
BMT rəsmisi işğal olunmuş Fələstin torpaqlarını səfər etmək tələbi ilə bağlı sorğusuna sionist İsrail rejiminin ona hələ də bir cavab vermədiyini deyib. /Deyerler.org/