oktyabrın 29-u, Zəngilan şəhərinin Ermənistan tərəfindən işğal edilməsinin 23-cü ildönümü günüdür.
Arannews- oktyabrın 29-u, Azərbaycan Respublikası ərazisi olan Zəngilan şəhərinin Ermənistan tərəfindən işğal edilməsinin 23-cü ildönümü günüdür.1993-cü il oktyabrın 29-da Ermənistanın ordu qüvvələri Zəngilanı işğal etməyə müvəffəq oldular.
Arxeoloji baxımdan böyük önəmə malik olan bu məntəqədəki bir neçə mağara, eləcə də dağ ətəklərində ibtidai insanlardan qalmış abidələr və rəsm əsərləri qalıbdır.
Ermənilərin Zəngilana qarşı hücumları 1992-ci ilin elə ilk günlərindən başlandı və "Gün Qışlaq", "Dərəli", "Qazançı" və "Vəcinəli" kəndləri ermənilərin ağır artilleriya atəşlərinə məruz qaldılar və bu proses 1993-cü ilin oktyabrı ayının son günlərinədək Zəngilanın tam işğalı ilə nəticələndi.
Ermənilər bu məntəqəni qəsb etdikdən sonra qədim Zəngilan adını saxta Kovsakan adı ilə dəyişdilər və minlərlə ermənini bu məntəqəyə köçməyə məcbur etdilər.