bu barədə AŞPA həmməruzəçiləri Ştefan Şennax və Sezar Florin Preda məlumat verib.
Arannews- Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Monitorinq Komitəsi həmməruzəçilərinin Azərbaycana bu ilin noyabr ayına planlaşdıran səfəri təxirə salınıb. bu barədə AŞPA həmməruzəçiləri Ştefan Şennax və Sezar Florin Preda məlumat verib.
Ş.Şennaxın sözlərinə görə, səfərin tarixi həmməruzəçilərin iş qrafiki ilə əlaqədar dəyişdirilib.
S.F.Preda bildirib ki, həmməruzəçilərin Azərbaycana səfəri yanvar ayında baş tuta bilər. O bildirib ki, dekabr ayının 11-də Rumıniya parlamentinə namizədliyini irəli sürməyə hazırlaşır.
Qeyd edək ki, o, Rumıniya parlamentinə seçilmədiyi təqdirdə AŞPA deputatı mandatından da məhrum olacaq.