Tarix : 2016 Oct 30
Kod 50584

Medvedev Karapetyan ilə görüşüb

görüşün detalları açıqlanmır.
Arannews- Rusiyanın baş naziri Dmitri Medvedev erməni həmkarı Karen Karapetyan ilə görüşüb. Görüş Avrasiya Hökumətlərarası Şurasının ötən gün Minskdə keçirilən iclası çərçivəsində baş tutub.
görüşün detalları açıqlanmır. 
Bundan əvvəl Medvedev belaruslu həmkarı Andrey Kobyakov ilə görüşüb. Baş nazirlər iki ölkənin iqtisadi əməkdaşlığındakı problemlərin həllinin mümkün olduğuna əminliyini ifadə ediblər. 
Danışıqlar nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə keçirilib. Medvedevin heyətində baş nazirin birinci müavini İqor Şuvalov, baş nazirin müavini Arkadi Dvorkoviç, Sənaye-ticarət nazirinin müavini Viktor Yevtuxov, Maliyyə nazirinin müavini İlya Trunin və İqtisadi inkişaf nazirinin müavini Stanislav Voskresenski olub.


  • Yazılıb
  • da (də) 2016 Oct 30
  • Göndərən مدير سايت Aran News