Tarix : 2016 Oct 30
Kod 50587

Vəhhabilər kitab sərgisində İmam Əliyə (ə) aid kitaba etiraz etdilər

Səudiyyənin paytaxtı ər-Riyadda keçirilən kitab sərgisində bu ölkənin "Şəriət polisi" hesab edilən qurum satışa qoyulan İmam Əliyə (ə) aid kitaba etiraz ediblər.
AranNews” xəbər verir ki, etiraz Səudiyyənin “Şəriət Polisi” hesab edilən radikal “Əmrə bil-mərif və ən-Nəhyə ənil-Munkar Şurası” tərəfindən ölkənin mədəniyyət nazirinə edilib. Radikal vəhhabilər kitabın içində güya islama zidd olan xurafatın olduğunu iddia edərək, sərgidən kitabın yığışdırılmasını istəyiblər.
Səudiyyənin bu rəsmi radikal qurumu eyni zamanda sərgidə qadınların olmasına görə də mədəniyyət nazirinə etiraz edib və sərgidə gərginlik yaradıblar.
Sərgidə iştirak edən ziyalılar, yazıçılar, şairlər və sair sahələrin nümayəndələri sözügedən radikal rəsmi qurumun əməllərindən təngə gəldiklərini deyiblər və bu işə son qoyulmasını istəyiblər.
İmam Əliyə (ə) aid olan kitaba etiraz etməklə Səudiyyə dövlətinə və əksər ərəb ölkələrinə müsəllət olmuş bu qərəzlilər və radikalların əsl islama qarşı olan düşmənçiliklərini bir daha ortaya çıxdı. /İslaminSesi.info/
  • Yazılıb
  • da (də) 2016 Oct 30
  • Göndərən مدير سايت Aran News