Tarix : 2016 Oct 30
Kod 50589

ABŞ, Mosul əməliyyatına havadan dəstək verməyi dayandırdı

ABŞ-ın İŞİD-ə qarşı yaratdığı hərbi koalisiyasının Mosul əməliyyatına havadan dəstək verməyi dayandırdığı bildirilir.
AranNews”-un verdiyi xəbərə görə, Buna səbəb kimi isə İraq ordusunun tərkibinə daxil olan “Həşd Şabi” qüvvələrinin Mosul şəhərinin qərbində terrorçulara qarşı əməliyyata başlaması olub. İraq ordusu və Federal Polis qüvvələrinə İraq Hərbi Hava Qüvvələri dəstək verəcək.
Bundan əlavə ötən gün ABŞ-ın İraq hökumətinə Mosul əməliyyatına fasilə etmək tövsiyəsi verdiyi və əvəzində rədd cavabı aldığı bildirilib. Xatırladaq ki, ötən gün ABŞ koalisiyasının təyyarələri Mosul ətrafına zərbələr endirib və nəticədə İraq orudusunun 4 əsgəri həyatını itirib.
Qeyd edək ki, ABŞ-ın başçılıq etdiyi koalisiyanın qüvvələrinin hava dəstəyinə kürd peşmərgə qüvvələri etiraz edib, razı olmadıqlarını bildirmişdilər. /PMU Media/
  • Yazılıb
  • da (də) 2016 Oct 30
  • Göndərən مدير سايت Aran News