Mütəxəssislərin fikrincə, bu ilin payızınadək Türkiyə, Ermənistan və Gürcüstandan Azərbaycana milyonlarla böcəyin “gəlişi” gözlənilir
Azerbaijan Servisi/Aran Agentliyi
Qlobal iqlim dəyişiklikləri və havaların orta temperaturunun fasiləsiz olaraq artması Mərkəzi Asiya və Cənubi Qafqazda bir çox yoluxucu xəstəliklərin daşıyıcısı olan böcəklərin sayını artırıb. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, havaların isti keçməsi infeksiya yayan böcəklərin sürətlə çoxalmasına gətirib çıxarıb. Bu səbəbdən son illər dünyada böcək və zəhərli həşəratlar çox geniş yayılıb.
Təkcə bir ildə Afrikada ekvator boyu həşəratların sayı 5 dəfə artıb və onların şimala doğru “yürüşü” gözlənilir. Mütəxəssislərin fikrincə, bu ilin payızınadək Türkiyə, Ermənistan və Gürcüstandan Azərbaycana milyonlarla böcəyin “gəlişi” gözlənilir. Hazırda dünyada qan sümürən 14 min milçək, 1500 birə, 2 min bit və 850 gənə növü mövcuddur. Həmin növlərin təxminən 5 faizi Türkiyə və Cənubi Qafqazda yerləşən iqlim qurşağındadır. Bundan əlavə, Dünya Səhiyyə Təşkilatının məlumatına görə, ağcaqanadlar da infeksiya yaymaqla məşğuldur. Qeyd edək ki, 1 ağcaqanadın 1 kilometr uçması üçün ən azı 6 dəfə qan sümürməsi gərəkir.