Tarix : 2016 Oct 30
Kod 50590

Türkiyə Əhl-Beyt (ə) Alimləri Birliyi şiələrin ehtiyac zamanı üz tutduğu yerdir

Əksər üzvlərinin şiə olduğu "Türkiyə Əhl-Beyt (ə) Alimləri Birliyi"nin "Əminlər Heyəti"nin rəisi bu təşkilatın şiələrin istəklərinin təmin olunduğu bir mərkəz olduğunu vurğuladı.
AranNews”-un verdiyi xəbərə görə, Qədir Akaras- "Türkiyə Əhl-Beyt (ə) Alimləri Birliyi"nin "Əminlər Heyəti"nin rəisi, müsahibəsində bu birliyinin 2011-ci ildə Türkiyənin İstambul şəhərində təsis olunduğuna işarə edərək dedi: Bu birlikdə üzvlərin əksəriyyətini şiə alimləri təşkil edir və Türkiyənin 250 şiə aliminin 200 nəfəri bu birlikdə üzvdürlər.
O əlavə etdi: Məscid və Hüseyniyyələrin fəaliyyətinin tənzimlənməsi, Balkanlarda, Qafqazda, Türkiyə və Qərbi Avropada şiə təbliğatçılar ilə münəzzəm və davamlı əlaqələr, şiə cəmiyyətinin dövlətlərlə əlaqələrinin yaradılması, şiələrin siyasi və hüquqi problemlərinin həll edilməsi və şiə və əhl-sünnə aydınları arasında vəhdətmərkəzli sıx əlaqələrin yaradılması bu təşkilatın əsas fəaliyyətləridir.
Akaras dedi: Biz dünya şiələrinə öz xəbərlərimizi və yenilikləri www.ehlibeytalimleri.com xəbər və informasiya portal vasitəsilə çatdırırıq. Bundan əlavə Kanal-14 peyk TV şəbəkəsi və digər şəbəkələr ilə sıx əməkdaşlığımız var və bu şəbəkələr vasitəsilə İslam maarifini və müsəlmanların durumun dünyaya çatdırırıq.
Qədir Arakas əlavə etdi: Birliyimizə xeyriyyəçi insanların cəlb edilməsi nəticəsində məscidlər tikilib, şiə müəssisələri təsis edilib, dini təbliğatçılara maddi yardımlar verilib, xeyriyyə sandığı təşkil olunub və həmçinin www.mihrap.tv adresində intetnet tv kanalımız yaradılmışdır.
O dedi: Bu mərkəz il ərzində müxtəlif maarifçi məsələlərlə, o cümlədən Ərbəin mərasiminin təşkili, Vəhdət həftəsinin keçirilməsi, qonşu ölkələrdə konfransların təşkili, elmi və siyasi kitab və məqalələrin tərcüməsi və çapı, Quran dərsləri və Quran-Kərimin təlimi yönündə müxtəlif fəaliyyətlərin təşkili ilə məşğul olur. /İQNA/ 

  • Yazılıb
  • da (də) 2016 Oct 30
  • Göndərən مدير سايت Aran News