Türkiyədə fəaliyyət göstərən “Cümhuriyyət“ qəzetinin redaksiyasına əməliyyat təşkil edilib.
Arannews- Bu gün səhər saatlarında Türkiyədə fəaliyyət göstərən “Cümhuriyyət“ qəzetinin redaksiyasına əməliyyat təşkil edilib.
qəzetin baş redaktoru, məşhur jurnalist Murad Sabuncu və yazar Güray Öz həbs edilib.
Şirkətin idarə heyətinin sədri Akın Atalay xaricdə olduğu üçün barəsində axtarış elan edilib. Ümumilikdə qəzet rəhbərliyindən 13 şəxs barəsində axtarış elan olunub.
Hazırda qəzetdə çalışan jurnalistlərin evlərində axtarış aparılır.