"Hizbullah" hərəkatının lideri Seyid Həsən Nəsrullah Livanın Bəqaa bölgəsində yerləşən Baalbək rayonunun rəsmiləri ilə görüşündə bölgə polisinin əhəmiyyətinə toxunub.
“AranNews”-un verdiyi xəbərə görə, "Biz ölkəmizi regiondakı təhlükələrdən qorumağa nail olduq. Regionun təhlükəsizliyi və xalqının qorunması bizim üçün mühüm bir məsuliyyətdir", - sözlərini istifadə edən Seyid Həsən Nəsrullah, xüsusən ölkə daxilində təhlükəsizliyin təmin olunmalı olduğuna işarə edərək, "Xalqın təhlükəsizliyi və rahat şəkildə yaşaması üçün üzərimizə düşəni etməliyik", - deyib.
Bu mənada bütün məsuliyyətin yalnız dövlət orqanlarında olmadığını qeyd edən Seyid Həsən Nasrallah xalqın şüurlu şəkildə dövlətinin çiynindəki ağır yükü bölüşməli olduğunu da vurğulayıb. /Tasnim/