Tarix : 2016 Oct 31
Kod 50595

İraqda daha bir könüllü qüvvə ABŞ-a xəbərdarlıq etdi

İraqın "Nücəba" hərəkatı ABŞ-a xəbərdarlıq edən bəyanat yayıb.
“AlAlam”-in verdiyi xəbərə görə, Yayımlanna bəyanatda ABŞ-ın məqsədinin Mosula hakim olması vurğulanıb. "Bütün müqavimət hərəkatları Mosulun azad edilməsi əməliyyatında iştirak edəcək. ABŞ-ın planları heç vaxt dayanmır. Onlar səhvən insanları bombalayıb ödürdüklərini iddia edirlər.
Biz onlara xəbərdarlıq edirik ki, Mosulun İŞİD terrorçuları üçün qorunmuş bölgə olmasına icazə verməyəcəyik", deyə "Nücəba" hərəkatı bəyanatda qeyd edib.
"Nücəba" hərəkatının mətbuat katibi Seyid Haşim əl-Musəvi də açıqlamasında qeyd edib ki, əməliyyatlar torpaqların azadlığı üçün başladılıb.
  • Yazılıb
  • da (də) 2016 Oct 31
  • Göndərən مدير سايت Aran News