Livanın "Hizbullah" hərəkatının baş katibinin müavini Şeyx Naim Qasim ölkədəki prezidentliyə namizədlərdən kimə dəstək verəcəklərini açıqlayıb.
“Shafaqna” bildirir ki, Şeyx Naim Qasim diqqətə çatdırıb ki, "Hizbullah" prezidentliyə namizəd Mişel Aunu dəstəkləyəcək. Livanın yeni hökumətinin "Hizbullah" hökuməti olacağı iddialarına da cavab verən Şeyx Naim Qasim, deyilənləri yalanlayıb.
"Yeni hökumət prezident Mişel Aun rəhbərliyi altında fəaliyyət göstərən Livan hökuməti olacaq", deyə Şeyx Naim Qasim vurğulayıb.
"Hizbullah" rəsmisi prezident seçkiləri ilə bağlı Livan parlamentindəki qrupları birlik olmağa çağırıb.