Tarix : 2016 Oct 31
Kod 50599

Azərbaycanda İranın dərman istehsalı müəssisəsi açılır

Bunu İran Sosial Müdafiə Təşkilatının baş direktoru deyib.
Arannews- İran Sosial Müdafiə Təşkilatının dərman istehsalı üzrə şirkətinin (TPCO) Azərbaycanda müəssisəsi açılacaq. 
Bunu İran Sosial Müdafiə Təşkilatının baş direktoru Seyid Tağı Nurbəxş deyib.
T. Nurbəxş bildirib ki, İran 20 il öncə Azərbaycanla dərman preparatları istehsalı sahəsində əməkdaşlığa başlayıb: “İran prezidentinin Azərbaycana son səfəri zamanı iki ölkə arasında dərman istehsalı sahəsində əməkdaşlıq sazişi imzalanıb. Bu razılığa əsasən Azərbaycanda dərman istehsalı zavodu tikilir və bu zavod noyabr ayının ortalarında açılacaq”. 
T. Nurbəxş əlavə edib ki, zavodda “Darupəxş” (dərman yayımı) şirkəti tərəfindən müxtəlif növ dərmanlar istehsal olunacaq.


  • Yazılıb
  • da (də) 2016 Oct 31
  • Göndərən مدير سايت Aran News