Suriya prezidenti Bəşər Əsədin müşaviri Buseyna Şabaan qeyd edib ki, ABŞ İŞİD terror qruplaşması ilə əməkdaşlıq edir.
“AranNews”-un verdiyi xəbərə görə, o qeyd edib ki, ABŞ İŞİD terrorçularını Suriya ərazisinə keçə bilmələri üçün Mosulu mühasirəyə alıb.
"Açıq-aydındır ki, ABŞ İŞİD terror qruplaşması ilə əməkdaşlıq edir. İŞİD terror qruplaşmasının bir neçə lideri artıq Mosuldan Raqqaya qaçıb", - deyə o bildirib. /Deyerler.org/