Tarix : 2016 Oct 31
Kod 50601

Ərbəini xatırlamağın hikməti

Hüseynin (ə) ərbəini hər il təzələnir və möminlərin həyatında önəmli yer tutur. Çünki ərbəin ziyarəti möminlərin əlamətlərindən biri sayılmışdır. Dinin böyükləri də bu məsələyə yekdilliklə təkid etmişlər

Məsum imamların (ə) rəvayətlərində İmam Hüseynin (ə) xüsusi məqamı vardır. Bütün imamlar (ə) nicat gəmisidirlər, ancaq İmam Hüseyn (ə) bu mənada daha geniş anlam kəsb edir. Çünki o həzrətin pak qanı xalis İslamı qoruyub saxladı. Hüseyn (ə) bir növ həqiqi İslamın ən böyük bərpaçısıdır. Ona görə də o həzrətin ərbəini (şəhadətinin qırxıncı günü) digər imamların ərbəin günündən daha çox diqqətdə qalır. Belə ki, hətta Peyğəmbərin (ə) və Əmir əl-möminin Əlinin (ə) şəhadətinin ərbəininə bu qədər diqqət olunmur. Bunun səbəbi odur ki, Hüseynin (ə) ərbəini şiələrin damarlarında qanlarını coşdurur və hamını fərdi, yaxud toplum şəkildə qiyama dəvət edir. Necə ki, Qurani-kərim özünün əsas öyüdünü Allah yolunda (fərdi və ictimai) qiyam bilir: “De: “Mənim sizə bircə nəsihətim var; Allah üçün iki-iki, bir-bir ayağa qalxın”.

Hüseynin (ə) ərbəini hər il təzələnir və möminlərin həyatında önəmli yer tutur. Çünki ərbəin ziyarəti möminlərin əlamətlərindən biri sayılmışdır. Dinin böyükləri də bu məsələyə yekdilliklə təkid etmişlər. Şeyx Tusu “Təhzib” kitabında İmam Hüseyni (ə) ziyarət etmək bölməsində ərbəin ziyarətinin möminin əlaməti olması haqqında hədis gətirmişdir. Həmçinin “Misbahul-muctəhid” kitabında səfər ayının hadisə və əməlləri barədə yazılır: “Səfər ayının iyirmisi Əba Əbdillah Hüseynin (ə) ailəsinin Şamdan Mədinəyə qayıtması və Cabir ibn Abdullah Ənsarinin İmam Hüseyni (ə) ziyarət etmək üçün Kərbəlaya gəlməsi günüdür. Cabir ilk zəvvar idi və onun ziyarəti, ərbəin ziyarəti idi”. Əbu Reyhan Biruni yazır: “Səfər ayının iyirmisində baş bədənə qaytarıldı və onunla dəfn oldu. Bu günün əməlləri arasında ərbəin ziyarəti qeyd olunmuşdur. Həmçinin bu gün İmam Hüseynin (ə) ailəsinin Şamdan qayıtdığı gündür”. Əllamə Hilli “Əl-muntəhi” kitabında yazır: “Səfər ayının iyirmisində İmam Hüseyni (ə) ziyarət etmək müstəhəbdir”. Əllamə Məclisi, Şeyx Yusif Bəhrani, Şeyx Abbas Qumu, Şeyx Mufid, Feyz Kaşani, Şeyx Bəhai və digər alimlər də ərbəin ziyarəti haqqında həmin hədisi nəql edir və bu ziyarəti böyük saymağı tövsiyə etmişlər.


  • Yazılıb
  • da (də) 2016 Oct 31
  • Göndərən مدير سايت Aran News